Ölkədə hökm sürən əlverişsiz hava şəraiti səbəbindən daha bir oyun təxirə salınıb.
Korner.az-ın məlumatına görə, Peşəkar Futbol Liqası Premyer Liqada mübarizə aparan klubların əvəzedici heyətlərinin çempionatının bir matçının vaxtını dəyişib.
Paytaxtda baş tutmalı olan “İnter” – “Zirə” görüş fevralın 19-da reallaşacaq. Qarşılaşma 14:00-da “İnter Arena”da başlanacaq.