Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab matçı çərçivəsində "Asteras Tripolis" ilə qarşılaşacaq "İnter" hazırlıqlarını Bakıda davam etdirir.
Korner.az– ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Kaxaber Sxadadzenin komandası bu gün saat 19:00-da növbəti məşqinə çıxacaq.
Sabah səhər saatlarında isə komanda görüşün keçiriləcəyi Tripolis şəhərinə yola düşəcək. "İnter" əvvəlcə çarter reysi ilə Yunanıstanın paytaxtı Afina şəhərinə yollanacaq, daha sonra komanda avtobusla Tripolisə gedəcək.
Əlavə edək ki, "Asteras"-"İnter" matçı iyulun 26-sı, Bakı vaxtı ilə saat 22.00-da başlayacaq.
Xatırladaq ki, komandaların Bakıda keçirilən ilk qarşılaşmasında 1:1 hesablı heç-heçə qeydə alınmışdı.
