“İnter” hazırda Gürcüstanda təlim-məşq toplanışındadı.
Korner.az-ın məlumatına görə, sabah “bankirlər” qonşu ölkədəki toplanış çərçivəsində ilk yoxlama görüşünə çıxacaq. Bu oyunda “İnter”in rəqibi yerli “Samtredia” komandası olacaq. Matç yerli vaxtla saat 15.00-da başlayacaq.
Qeyd edək ki, “Samtredia” komandası Gürcüstanın Umaglesi liqasında mübarizə aparır. 8 turdan sonra bu komandanın aktivində 16 xal var və bu nəticə ilə “Samtredia” turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb
