Noyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Moldova beynəlxalq yoldaşlıq oyununu ilə əlaqədar Topaz Premyer Liqasında yaranmış fasilədən istifadə edən “İnter” yoxlama görüşündə qüvvəsini sınayacaq.
Korner.az-ın “bankirlər”in rəsmi saytına istinadən məlumatına görə, “İnter Arena” stadionunda baş tutacaq matçda rəqib “Zirə” olacaq.
Noyabrın 15-də keçiriləcək oyun saat 16.00-da başlayacaq.
