“İnter” yayda bu futbolçu üçün rəsmi təklif göndərəcək
21.05.2025 , 20:43

“İnter” “Barselona”nın futbolçusu Fermin Lopesi transfer siyahısına əlavə edib.
Korner.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Xəbərdə, Milan təmsilçisinin ispaniyalı yarımmüdafiəçi üçün 60 milyon avro ödəməyə hazır olduğu bildirilib.
İtaliya klubu 22 yaşlı oyunçu üçün yayda rəsmi təklif göndərəcək.
