“İnter” yarımfinalda
27.01.2021 , 10:28

İtaliya kubokunda 1/4 final mərhələsinə start verilib.
Korner.az xəbər verir ki, ilk oyun günündə bir matç keçirilib.
“İnter” “Milan”ı qəbul edib və 2:1 hesabı ilə qalib gəlib.
“İnter” – “Milan” – 2:1
Qollar: Lukaku, 71-pen, Eriksen, 90+7 – İbrahimoviç, 31
Qırmızı vərəqə: İbrahimoviç, 58 (“Milan”)
Bu qələbə ilə “İnter” yarımfinala yüksəlib, “Milan” isə turnirdə mübarizəni dayandırıb.
