Türkiyədə təlim-məşq toplanışını yekunlaşdıraraq vətənə qayıdan "İnter" bu gün məşq prosesini yenidən bərpa edib.
Korner.az-ın məlumatına görə, "Şəfa" stadionunda bir araya gələn komanda növbəti oyunun hazırlıqlarına başlayıb.
Xatırladaq ki, "İnter" Premyer Liqanın 19-cu turu çərçivəsində "Xəzər Lənkəran" komandasıyla qarşılaşacaq. Oyun Lənkəran şəhər stadioununda saat 16.00-da baş tutacaq.