Premyer Liqanın üçüncü turu çərçivəsində baş tutacaq "İnter" – "Xəzər Lənkəran" oyunu canlı yayımlanacaq. Bu barədə Korner.az-a PFL-in mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev məlumat verib. Qrum rəsmisi bildirib ki, Şüvəlandakı "AZAL Arena"da keçiriləcək matç PFL-in rəsmi saytı vasitəsi ilə canlı yayımlanacaq.
Qeyd edək ki, "İnter" – "Xəzər Lənkəran" oyunu avqustun 19-u saat 20:30-da start götürəcək.
