Azərbaycan Premyer Liqasının XXX turunda keçiriləcək görüşlərin başlama saatı və yeri açıqlanıb. Korner.az-ın məlumatına görə, ilk oyun günündə ikinci altılıq təmsilçiləri – "Turan" – "Sumqayıt" və "Rəvan" – "Kəpəz" qarşılaşmaları oynanılacaq. Qalan 4 matç isə ertəsi gün keçiriləcək.
Premyer Liqa XXX tur
28 aprel (şənbə)
"Turan" – "Sumqayıt"
Tovuz şəhər stadionu. Saat 16:00
"Rəvan" – "Kəpəz"
Dalğa Arena stadionu. Saat 16:30
29 aprel (bazar)
"Qəbələ" – "Bakı"
Qəbələ şəhər stadionu. Saat 17:00
"Neftçi" – "Qarabağ"
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu. Saat 17:00
"İnter" – "Xəzər Lənkəran"
"Şəfa" stadionu. Saat 17:00
AZAL – "Simurq"
AZAL Arena stadionu. Saat 18:15
