“İnter” təlim-məşq toplanışının ikinci mərhələsi üçün yollandığı Avstriyadadır.
Korner.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, dünən Bakıdan Avstriyanın paytaxtı Vyana, oradan Zalsburqa gedən “bankirlər” Tirol şəhərində artıq ilk məşqinə çıxıblar.
Vilder dağının ətəyində yerləşən “Kayzer” otelində məskunlaşan komandamızın axşam daha bir məşqi nəzərdə tutulub.