“Sumqayıt”ın futbolçusu iddialı klubların maraq dairəsinə düşüb.
Korner.az-ın məlumatına görə, Adil İbrahimov güclü klublardan ciddi təkliflər alıb.
İbrahimovun xidmətində maraqlı olan klublardan biri “İnter”di. Baş məşqçi gənc müdafiəçini komandasında görmək istəyir. Adilin Azərbaycan pasportu daşıması gürcü mütəxəssisi xüsusi ilə cəlb edir.
Onunla “İnter”lə yanaşı, “Qarabağ” da maraqlıdı. “Sumqayıt”dan başqa bir milliləşdirilmiş futbolçunu – Bədavi Hüseynovu alıb əsas heyət üzvünə çevirən Qurban Qurbanov Adili də komandasında görməkdə maraqlıdı.
Fanat.az
