“İnter” və “Qəbələ” klublarının Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunlarının başlama saatı açıqlanıb.
Korner.az– ın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, “Şəfa” stadionunda keçiriləcək “İnter” – “Tiraspol” matçı saat 21:00-da başlayacaq.
Bosniya və Hersoqovinada baş tutacaq “Şiroki Brieq” – “Qəbələ” görüşünün start fiti isə Bakı vaxtı ilə saat 23:30-da veriləcək.
Qeyd edək ki, bu komandalar arasında ilk oyunlar iyulun 3-də, cavab qarşılaşmaları isə bir həftə sonra keçiriləcək
