"İnter" komandası uzun müddətdir heyətinə qatmaq istədiyi futbolçu ilə müqavilə bağladı.
Korner.az-ın məlumatına görə, bu A Seriasından "Bolonya"nın yarımmüdafiəçisi Qabi Mudinqayidir. 30 yaşlı yarımmüdafiəçi bu gün "İnter" ilə 3 illik müqaviləyə qol çəkib. O, Milan təmsilçisindən ildə 1.5 milyon qazanacaq.
Son 4 mövsümü "Bolonya"nın heyətində keçirən Mudinqayir daha əvvəl "Torino" və "Latsio" klublarının da formasını geyinib.
