Bakının “İnter” klubu yubiley qələbəsini qazanıb.
Paytaxt təmsilçisi Azərbaycan çempionatlarında 250-ci dəfə 3 xal əldə edib.
Bu, Azərbaycan Premyer Liqasının IV turunun “Kəpəz”lə ev matçına təsadüf edib. “İnter Arena”da əldə olunan 3:2 hesablı qələbə bakılılar üçün 250-ci olub.
Bunadək 249 qələbəsi olan “İnter” öz meydanında 148-ci dəfə qalib gəldi. Digər 102 qələbə səfər matçlarına təsadüf edib.
