Türkiyədə təlim-məşq toplanışını davam etdirən "İnter"in U-17 komandası dünən ikinci yoxlama görüşününə çıxıb.
Korner.az-ın məluimatına görə, Gürcüstanın Tiflis şəhərinin 35 nömrəli UGFM-in U-17 komandası ilə üz-üzə gələn Arif Əmirxanovun yetirmələri bu matçda 3:2 hesablı qələbə qazanıblar.
Komandamızın heyətində Roman Məmmədov iki qola imza atıb. Rəqibin qapısına vurulan digər topun müəllifi isə Məhəmməd Məmmədov olub.
Qeyd edək ki, toplanış çərçivəsində keçirilən ilk yoxlama oyununda "İnter" "Antalyaspor" klubunun U-17 komandası ilə qarşılaşıb və həmin oyun qolsuz heç-heçə ilə başa çatmışdı.
Əlavə edək ki, U-17 “İnter”in təlim-məşq toplanışına yanvarın 30-da yekun vurulacaq.
