İzmit şəhərinin yaxınlığındakı Kartəpə qəsəbəsində məskunlaşan Bakının "İnter" klubu ötən gün ilk məşqinə çıxıb. Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda ilk məşqi topsuz keçirib. Əsas diqqət isə qaçışa və isinmə hərəkətlərinə yönəldilib. Qeyd edək ki,"İnter"in Türkiyədə gündə iki dəfə məşq etməsi planlaşdırılır.
