İzmit şəhərinin yaxınlığındaki Kartepe qəsəbəsinin “Green Park” otelində məskunlaşan “İnter” bu səhər ilk məşqinə çıxıb.
Korner.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, ilk məşqin birinci hissəsini futbolçular topsuz keçirib. Əsas diqqət qaçışa və isinmə hərəkətlərinə yönəldilib. Daha sonra oyunçular topla yüngül çalışıblar.
Qeyd edək ki,”İnter”in Türkiyədə gündə iki dəfə məşq etməsi planlaşdırılır. Bu gün yerli vaxtla saat 17:00-dan başlayaraq klub axşam məşqinə çıxıb.