Türkiyədə təlim-məşq toplanışını davam etdirən “İnter” klubu növbəti məşqlərini keçirib.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komandanın səhərki hazırlığında futbolçular isinmə hərəkətlərindən sonra fiziki tapşırıqları yerinə yetiriblər.
Axşam məşqində isə "İnter"in oyunçuları daha çox topla çalışıblar. Topla hərəkətlər edən futbolçular daha sonra ikitərəfli oyun keçiriblər.
Məşqlər sabah da davam etdiriləcək. Hazırlıq planına əsasən komanda Türkiyədə altı yoldaşlıq matçında qüvvəsini sınayacaq. İlk matç ayın 17-də baş tutacaq.
