Premyer Liqanın bürünc mükafatçısı “İnter”in Türkiyədə təlim-məşq toplanışı zamanı keçirəcəyi yoxlama oyunların sayı məlum olub. Korner.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, hazırda istirahət edən Kaxaber Sxadadzenin yetirmələri qonşu ölkədə 2 matçda qüvvələrini sınayacaqlar.
Təlim-məşq hazırlıq məqsədilə iyunun 1-də Türkiyəyə yollanacaq “bankirlər”in rəqiblərinin adı isə hələ dəqiqləşməyib.
Qeyd edək ki, “İnter” İzmit şəhəri yaxınlığındakı Kartepe rayon mərkəzində yerləşən otel stadionunda məşq prosesi keçəcək.
