Türkiyədə təlim-məşq toplanışında olan Bakının “İnter” klubu bu gün növbəti yoxlama oyunu keçirib.
Korner.az-ın məlumatına görə, “bankirlər” superliqa təmsilçisi “Gənclərbirliyi” ilə qarşılaşıb.
Oyun “İnter”in 4:0 hesablı qələbəsi ilə başa çatıb. Samir Zərgərov dubl edib, Fuad Bayramovla Mirhüseyn Seyidov isə hərəyə bir dəfə fərqlənib.
Qeyd edək ki, “İnter” bundan əvvəlki yoxlama matçlarında “Kasımpaşa”ya 2:1 hesabı ilə qalib gəlmiş, “Elazığspor”la qolsuz heç-heçə etmişdi.
