Məlumat verdiyimiz kimi, Premyer Liqanın 12-ci turundan sonra yaranmış fasilə ilə əlaqədar "İnter"in oyunçularına 3 günlük istirahət verilmişdi.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, dünən komanda "Şəfa" stadionunda toplaşaraq məşqlərə başlayıb. Bərpa xarakteri daşıyan məşq prosesi əsasən uzun məsafəyə qaçışı və trenajorda məşğələləri əhatə edib.
Axşam keçirilən məşqdə isə "İnter" topla hərəkətləri yerinə yetirib.
Qeyd edək ki, "bankirlər" XIII tur çərçivəsində evdə "Turan"ı qəbul edəcək.
