UEFA Avropa Liqasının II təsnifat mərhələsimim cavab matçı çərçivəsində keçiriləcək “İnter” – “Tromse” oyunu canlı yayımlanacaq.
Korner.az-ın məlumatına görə, azarkeşlər “Bayıl Arena”da baş tutacaq oyunu “İdman Azərbaycan” telekanalı vasitəsilə canlı izləyə biləcəklər.
Qeyd edək ki, “İnter” – “Tromse” oyunu iyulun 25-də, saat 21:00-da başlayacaq.
