İtaliyanın “İnter” komandası yanvarda açılacaq qış transfer pəncərəsinin hazırlıqlarını görməyə başlayıb. Milanlılar ingilislərin qapısını döyəcək.
İtaliya A Seriyasında çempionluq uğrunda mübarizə aparan “İnter” İngiltərənin “Arsenal” klubunun hücumçusu Teo Uolkottla yaxından maraqlanır. Bu mövsüm “Arsenal”la cəmi 7 oyuna çıxan və 3 dəfə fərqlənən Uolkotun yanvarda komandadan ayrılacağı gözlənilir.
Cari mövsümdə Premyer Liqada ortalama hesabla 46 dəqiqə meydanda olan Uolkotun transfer qiyməti 20 milyon avro dəyərindədir
