“İnter” baş məşqçisi Kaxaber Tsxadadze ilə bağlı qərar verib.
Korner.az-ın məlumatına görə, klub rəhbərliyinin qərarı ilə gürcü mütəxəssis komandanın başında saxlanılacaq.
Onunla yaxın vaxtlarda yeni müqavilə imzalanacaq. Anlaşmanın müddəti bir il – yəni 2015-ci ilin yayınadək olacaq.
Qeyd edək ki, Tsxadadze 2009-cu ildən “İnter”i çalışdırır. Komanda onun rəhbərliyi altında Azərbaycan çempionluğunu (2009/10) qazanıb və iki dəfə bürünc medallara sahib çıxıb (2011/12, 2012/13). “İnter” həmçinin gürcü mütəxəssislə 2011-ci ildə “Birlik Kuboku”nu qazanıb.
