Avropa Liqasının II təsnifat mərhələsinin ilk görüşü çərçivəsində Yunanıstanın "Asteras Tripolis" klubu ilə 1:1 bərabərə qalan "İnter" ötən gün yoxlama matçında qüvvəsini sınayıb.
Korner.az-ın məlumatına görə, Kaxaber Sxadadzenin komandası I divizion təmsilçisi "Şuşa" ilə qarşılaşıb.
Yoxlama matçı "İnter"in böyükhesablı qələbəsi ilə başa çatıb – 3:0.
