Premyer Liqamızda yaranan fasilədən istifadə edən Bakının “Inter” klubu növbəti yoxlama görüşünə çıxıb.
Korner.az-ın məlumatına görə, “Bakı” Futbol Klubunun Təlim-məşq bazasında baş tutmuş oyunda “bankir”lər “Sumqayıt”la qarşılaşıb.
Görüş “İnter”in 1-0 hesablı qələbəs ilə başa çatıb. Oyunda vurulmuş yeganə qolun müəllifi Asif Məmmədov olub.
Qeyd edək ki, sentyabrın 12-si “İnter” Premyer Liqanın 5-ci turu çərçivəsində səfərdə “Araz-Naxçıvan” komandası ilə qarşılaşacaq. (klub saytı)
