Gürcüstanda təlim-məşq toplanışını davam etdirən "İnter" sentyabrın 4-də yoldaşlıq görüşündə qüvvəsini sınayacaq. Korner.az-ın klubun rəsmi internet saytına istinadən verdiyi məlumata görə, “bankirlər” “Spartak-Tsxinvali” klubu ilə qarşılaşacaq.
Qeyd edək ki, "Spartak-Tsxinvali" Gürcüstanın birinci dəstəsində mübarizə aparır. Bu klub 2007-ci ildə yaranıb. "Spartak"ın Gürcüstan çempionatında ən yaxşı göstəricisi 2009/10 mövsümündə tutduğu 5-ci yerdir, ölkə kubokunda isə Tsxinvali təmsilçisi bir dəfə 1/2 finala kimi irəliləməyi bacarmışdı.
