Sloveniya təlim-məşq toplanışı çərçivəsində “İnter” son yoxlama matçını keçirib. Korner.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “bankirlər” Sloveniyanın güclülər dəstəsində mübarizə aparan “Selye” ilə qarşılaşmalı olsalar da, qeyri-müəyyən səbəbdən matç baş tutmayıb.
Nəticədə “İnter” bu ölkənin ikinci liqasında çıxış edən “Çempion” klubunu sınağa çəkib. Oyun 3:0 hesabı ilə Kaxaber Sxadadzenin yetirmələrinin xeyrinə başa çatıb. Bakı təmsilçisinin qollarını Baçana Sxadadze və Tales Şuts (2) vurublar.
Bununla da “İnter” Sloveniya hazırlığı çərçivəsində yoxlama qarşılaşmalarını yekunlaşdırıb. Qarşıdakı günlərdə komanda plana uyğun olaraq keçirəcəyi məşqlərlə kifayətlənəcək.
