Ölkəmizi Avropa Liqasında təmsil edəcək "İnter" Sloveniyada davam edən təlim-məşq toplantısı çərçivəsində növbəti yoxlama matçına çıxıb.
Korner.az-ın məlumatına görə, "bankirlər"in rəqibi bu ölkənin "Maribor" klubu olub. İlk hissəsi qolsuz başa çatan matçın ikinci yarısında qapısından qol buraxan Sxadadzenin yetirmələri matçdan məğlub ayrılıb – 0:1.
