Sloveniyada təlim-məşq toplanışını davam etdirən "İnter" sabah növbəti yoxlama görüşünü keçirəcək.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Komanda hazırkı Sloveniya çempionu "Maribor" klubuyla qarşılaşacaq. "Maribor" 10 dəfə ölkə çempionatının qalibi olub, bundan əlavə komanda 7 dəfə Sloveniya kubokunun sahibi olub.
Xatırladaq ki, toplanışın ilk yoxlama matçında "İnter" "Kapfenberq" klubuna 0-1 hesabıyla məğlub olub.
