Növbəti mövsümə hazırlıqlarını Türkiyədə davam etdirən “İnter” klubu sabah ilk yoxlama matçına çıxacaq.
Korner.az-ın məlumatına görə, paytaxt təmsilçisinin rəqibi Türkiyə Super Liqasında mübarizə aparan “Kasımpaşa” olacaq.
Oyun Bakı vaxtı ilə 18:00-da start götürəcək.
