“İnter” ötən gün "Şəfa" stadionunda növbəti məşqinə çıxıb.
Korner.az-ın məlumatına görə, “bankirlər” Premyer Liqanın 14-cü turunun "Simurq"la oyununa hazırlıqlarını 90 dəqiqəlik məşqlə davam etdirib.
Məşqdə futbolçular topla çalışıblar. Sonra onlar meydançanın bir hissəsində ikitərəfli oyun keçiriblər.
Qeyd edək ki, "İnter" bu gün də "Şəfa" arenasında məşq edəcək. Məşqdən dərhal sonra komanda Zaqatalaya yola düşəcək.
Xatırladaq ki, "Simurq" – "İnter" qarşılaşması noyabrın 24-də baş tutacaq. Oyun saat 15:00-da başlayacaq.
