Məlum olduğu kimi, iyulun 18-də Avroliqanın ikinci təsnifat mərhələsində “Tromsö” – “İnter” matçı baş tutacaq.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi xəbərə görə, sabah səhər təmsilçimiz çarter reysilə Tromsö şəhərinə yola düşəcək və “Radisson Blue” otelində məskunlaşacaq.
Sabah axşam “İnter”in məşq keçməsi planlaşdırılıb. Növbəti gün isə “bankirlər” oyunun keçiriləcəyi “Alfheym” stadionunda məşqə çıxacaq.
Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
