UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 2-də keçiriləcək “İnter” – “Qarabağ” matçını idarə edəcək hakimlər bəlli olub.
Korner.az-ın məlumatına görə, Milan şəhərindəki “Cüzeppe Meazza” stadionunda baş tutacaq görüşdə ədalət prinsiplərini belorus hakimlər qoruyacaqlar.
Baş hakim: Aleksey Kulbakov
Baş hakimin köməkçiləri: Dmitri Juk, Andrey Hetsikau
Dördüncü hakim: Aleh Maslianka
Əlavə hakim köməkçiləri: Siarhey Sinkeviç, Dzianis Şarbakou
UEFA nümayəndəsi: Jose Guilherme Aguiar (Portuqaliya)
Hakim-inspektor: Frenk De Bleckere (Belçika)
