Bu gün Topaz Premyer Liqasında VI turun oyunları start götürəcək.
Korner.az-ın məlumatına görə, ilk oyun günündə 1 qarşılaşma keçiriləcək. Turun açılış matçı Şüvəlanda oynanılacaq.
Mövsümə uğursuz başlayan AZAL “İnter”i sınağa çəkəcək. 5 turdan sonra çempionatda qələbə sevinci dadmayan yeganə komanda olan “təyyarəçilər” ilk 3 xalını “İnter”lə oyunda əldə etməyə çalışacaq.
Zaur Svanadzenin komandası isə qələbə qazanmaqla, həm ən azı 1 günlük lider olacaq, həm də ilk dövrəni ilk “üçlük”də bitirməyi təmin edəcək.
Topaz Premyer Liqası
VI tur
24 sentyabr (şənbə)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Akif Əmirəli
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Rauf Cabbarov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Hakim-inspektor: Məlik Həsənov
“AZAL Arena”
