Türkiyədə təlim-məşq toplanışında olan Bakının “İnter” klubu bu gün sonuncu yoxlama oyununu keçirib.
Komanda Georgi Hacının baş məşqçisi olduğu Rumıniyanın “Vitorul” klubu qarşılaşıb. Düzce stadionunda keçirilən oyun Bakı klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb. “İnter”ə qolları Rauf Əliyev və Samir Zərgərov vurub.
17 iyun
“İnter” – “Vitorul” – 2:1
