Türkiyənin “Qalatasaray” klubunun müdafiəçisi Semih Kaya İtaliya klubundan təklif alıb.
Korner.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, “İnter” klubu türkiyəli futbolçunun keçidində maraqlıdır.
Milan təmsilçisi bu futbolçunun transferi üçün 6 milyon avro ödəməyə hazırdır. Lakin “Cim Bom” Semih üçün 12 milyon avro təzminat tələb edir. “Qalatasaray” rəhbərliyi Semih üçün 10 milyon avrodan aşağı məbləğlə razılaşmayacaqlarını bildirib.