Premyer Liqanın birinci turu çərçivəsində "Qarabağ"la 1:1 bərabərə qalan “İnter” klubu bu gün yenidən bir yerə toplaşıb.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “Qarabağ”la oyunda meydana çıxmayan futbolçular məşq prosesində iştirak ediblər.
Bu gündən etibarən isə “İnter” “Qəbələ” ilə oyunun hazırlıqlarına başlayacaq. Komanda saat 19:00-da məşq edəcək. Qeyd edək ki, məşq "AZAL-Arena" stadionunda keçiriləcək.
Əlavə edək ki, Premyer Liqanın 2-ci turu avqustun 10-da başlayacaq.
