Məlumat verildiyi kimi, avqustun 5-də "İnter" Premyer Liqanın birinci turu çərçivəsində ilk oyununu keçirdi. Korner.az-ın məlumatına görə, avqustun 6-da komanda bir yerə toplaşdı və "Qarabağ"la oyunda meydana çıxmayan futbolçular məşq prosesində iştirak etdilər.
Bu gündən etibarən isə "İnter" "Qəbələ" ilə oyunun hazırlıqlarına başlayacaq. Komanda saat 19.00-da məşq edəcək. Məşq "AZAL Arena" stadionunda keçiriləcək.
Əlavə edək ki, Premyer Liqanın 2-ci turu avqustun 10-da başlayacaq.
