Dünən Topaz Premyer Liqanın XXXI turunda “İnter” səfərdə “Simurq”la qarşılaşmışdı.
Korner.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, gecə saatlarında Bakıya çatan komanda üzvləri bu gün istirahət edir.
Sabah komanda “Şəfa” stadionuna toplaşaraq mövsümün “Qəbələ” ilə son matçının hazırlıqlarına başlayacaq. “Qəbələ” ilə görüşdə diskvalifikasiyaya görə Vladimir Levin və Samir Zərgərov meydançaya çıxa bilməyəcək. Xatırladaq ki, Levin qırmızı vərəqə aldığına görə, Zərgərov isə sarı vərəqə limitini doldurduğuna görə son oyunu buraxmalı olacaq.
Qeyd edək ki, “İnter” – “Qəbələ” matçı mayın 19-da “Şəfa” stadionunda baş tutacaq.