Çempionlar Liqasının qalibi PSJ oldu
06.05.2025 , 01:00

Bu gün Çempionlar Liqasının 2024/2025 mövsümünün qalibi müəyyənləşib.
Korner.az xəbər verir ki, həlledici matçda “İnter” PSJ ilə qarşılaşıb.
Münhendəki “Alians Arena”da keçirilən görüşdə Fransa nəhəngi 5:0 hesabı ilə qalib gələrək Çempionlar Liqasının qalibi olub.
Çempionlar Liqası
FİNAL
23:00. “İnter” (İtaliya) – PSJ (Fransa) – 0:5
Qollar: Hakimi, 12, Due, 20, 63, Kvaratsxeliya, 73, Mayulu, 86
Baş hakim: İştvan Kovaç (Rumıniya)
“Alians Arena”, Münhen.
