Futbol

“İnter” polşalı futbolçunu heyətinə qatır

08.05.2012 , 07:15

Bakının "İnter" klubu ilk transferini rəsmlişədirmək üzrədi. Korner.az-ın məlumatına görə, "bankirlər" Tales Şützü heyətinə qatmağa hazırlaşır. AZAL-ın heyətində vurduğu qollar və oyunu ilə Kaxaber Sxadadzenin diqqətini çəkən polşalı futbolçunun keçidi mövsümün bitimindən sonra reallaşacaq. 

Qeyd edək ki, ötən ilin yayından AZAL-da çıxış edən 30 yaşlı futbolçu bu mövsüm Premyer Liqada 19 oyun keçirib və 10 qol vurub.

Son yazılar

Yuxarı