“İnter” Uşaq-Gənclər Futbol Məktəbi U-19 komandasına (1999,2000 və 2001-ci il təvəllüdlü uşaq və yeniyetmələr) seçim elan edir.
Korner.az-ın məlumatına görə, bu haqda klubun rəsmi saytı xəbər yayıb.
Seleksiya xarakterli məşqlər 2 günü əhatə edəcək. Birinci seçim məşqi 26.05.2017-ci il tarixində saat 18.00-dan 21.00-dək “İnter Arena” stadionun (keçmiş “Şəfa” stadionu) 4-cü meydançasında aparılacaq.
İkinci seçim məşqi 27.05.2017-ci il tarixində saat 09.00-dan 13.00-dək “İnter Arena” stadionun (keçmiş “Şəfa” stadionu) 4-cü meydançasında keçiriləcək.
