“İnter” onu birdəfəlik transfer etdi
24.06.2025 , 10:30

“İnter” “Roma”dan icarəyə götürdüyü Nikola Zalevskini birdəfəlik alıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Paytaxt təmsilçisi 23 yaşlı polşalı yarımmüdafiəçi ilə imzalanan müqavilənin detallarını açıqlamayıb.
