“İnter” onlarla davam edəcək
30.04.2024 , 23:18

“İnter” yeni müqaviləyə hazırlaşır.
Korner.az xəbər verir ki, klub iki futbolçusu – Françesko Açerbi və Nikolo Barellanın sözləşməsini yeniləyəcək.
Klub rəhbərliyi bununla bağlı oyunçularla razılığa gəlib.
Açerbi ilə müqavilə 2026-cı ilin yayına qədər, Barrelanın sözləşməsi isə 2029-cu ilə kimi uzadılacaq.
