Azərbaycan Premyer Liqasında çıxış edən əvəzedici heyətlərin çempionatında VII turun oyunlarına start verilib.
Korner.az-ın PFL-ə istinadən verdiyi məlumata görə, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Doğma meydanda "Neftçi"ni qəbul edən "İnter" böyükhesablı qələbəyə sevinib. Rəqibini 4:1 hesabı ilə darmadağın edən "bankirlər" xalını 13-ə yüksəldib.
Qeyd edək ki, turun qalan görüşləri bu gün və sabah keçiriləcək.
27 sentyabr (cümə axşamı)
“İnter” – “Neftçi” – 4:1
Qollar: Coşqun Diniyev, 28 (1:0), Xəyal Quliyev, 31-pen (1:1), Samir Zərgərov, 33 (2:1), 90+1 (4:1), Azər Salahlı, 45+1 (3:1)
Hakimlər:Diniyev Ramil, Əsədov Ramiz, Musatkin Aleksandr, Paşayev Ömər
Hakim-inspektor: Rauf Hüseynli
Zabrat qəsəbə stadionu
28 sentyabr (cümə)
“Turan” – “Xəzər Lənkəran”
Hakimlər: Hüseynov Elgün, Məmmədov Qəzənfər, Qasımov Amil, Eldarov Qorxmaz
Hakim-inspektor: Sahib Əliyev
Tovuz şəhər OİK stadionu
“Simurq” – “Qarabağ”
Hakimlər: Əhmədov Tahir, Heybətov Rahin, Kərimov Murad, Məmmədov Tağı
Hakim-inspektor: Rafiq Məmmədov
Zaqatala şəhər stadionu
“Qəbələ” – AZAL
Hakimlər: Məmmədov Fərid, Yusifov Cavanşir, Əhmədov Rasim, Süleymanov Namiq
Hakim-inspektor: Şamil Useynov
Qəbələ şəhər stadionu, ehtiyat meydança
29 sentyabr (şənbə)
“Sumqayıt” – “Bakı”
Hakimlər: Kahric Venera, Nəbiyeva Maya, Mustafayeva Ülviyyə, Lütfəliyeva Fəridə
Hakim-inspektor: Adil Ələsgərov
Masazır qəsəbəsi, “Əlincə” stadionu
“Rəvan” – “Kəpəz”
Hakimlər: Qurbanova Səbayel, Güvəndiyeva Gülyana, Qurbanova Yuliya, Hüseynov Yusif
Hakim-inspektor: İrina İsgəndərova
Buzovna qəsəbə stadionu
