Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək "İnter"-"Neftçi" oyunu üçün xüsusi şərflər hazırlanır. İtaliya təmsilçisi "Neftçi" PFK-ya ünvanladığı rəsmi məktubda hazırlanacaq şərfi 6 ayrı variantda təqdim edib.
Korner.az-ın məlumatına görə, bu nüsxələrdən biri "Neftçi" PFK tərəfindən seçiləcək və istehsala göndəriləcək.
Qeyd edək ki, "İnter" – "Neftçi" matçı 06.12.2012 tarixində İtaliyada təşkil olunacaq.
