Dekabrın 6-da Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Cüzeppe Meazza" stadionunda keçiriləcək "İnter" – "Neftçi" matçını idarə edəcək baş hakimin adı məlumdu.
Korner.az-ın məlumatına görə, "ağ-qaralar"ın son qrup matçı bosniya və hersoqovinalı referi Emir Aleçkoviçə həvalə edilib.
Qeyd edək ki, Milanda baş tutacaq "İnter" – "Neftçi" oyunu Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.
