Az öncə başa çatan "İnter" – "Neftçi" matçından sonra xoşagəlməz hadisələr yaşanıb.
Korner.az-ın məlumatına görə, paltardəyişmə otağına gedən tuneldə hər iki tərəf arasında çaxnaşma olub.
Hadisə haqqında yeni məlumat əldə edəcəyimiz təqdirdə sizlərlə bölüşəcəyik.
***
Əldə etdiyimiz məlumata görə, çaxnaşmaya səbəb "İnter" klubunun mühafizəçilərinin tuneldə "Neftçi" klubunun üzvlərinə hücum çəkməsi olub.
