AZAL-a qarşı keçirilən qarşılaşmadan sonra "İnter" ayın 24-də bir araya gələrək “Şəfa” stadionunda bərpa xarakteri daşıyan məşq keçib.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu gündən etibarən "İnter" Premyer Liqanın 6-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçiriləcək oyunun hazırlıqlarına başlayıb.
Komanda bu axşam saat 17.00-da "Şəfa" stadionunda məşqə çıxıb. Sabah "İnter" yenə bir dəfə məşq edəcək.
Qeyd edək ki, “İnter”-“Neftçi” matçı sentyabrın 28-də keçiriləcək.